16 C
Bakı
16 Noyabr 2025 12:59
Gündəmİdman

Qaradan Slovakiya ilə oyunla bağlı diqqətçəkən paylaşım – Şəkil

Qaradan Slovakiya ilə oyunla bağlı diqqətçəkən paylaşım – Şəkil

Qaradan Slovakiya ilə oyunla bağlı diqqətçəkən paylaşım - Şəkil

“Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan millisinin Slovakiyaya qarşı dünən keçirdiyi Millətlər Liqasının oyunu ilə bağlı paylaşım edib.

Millinin budəfəki toplanışına dəvət almayan oyunçunun İnstaqramda izləyiciləri ilə bölüşdüyü şəkil diqqət çəkib. O, millidə geyindiyi forma ilə televizor qarşısında duraraq Azərbaycanın himnini ayaq üstə dinləyib. Bu zaman ekranda Qaranın millidəki komanda yoldaşları görünüb.

Matç başa çatdıqdan sonra isə Qara daha bir paylaşım edərək Azərbaycan komandasını 2:1 hesablı qələbə münasibəti ilə təbrik edib.

Xatırladaq ki, millinin baş məşqçisi Canni de Byazi Qaranı Slovakiya və Qazaxıstanla matçlara dəvət almaması barədə danışarkən qısaca bildirib: “Qara milliyə nəyə görə dəvət edilmədiyini özü bilir”.

Tacxber.az

Oxşar xəbərlər

Milli Qəhrəman Albert Aqarunovun qardaşı nələr danışdı? – VİDEO

redaktor

Jurnalistin südçü oğlu necə icra başçısı oldu?

redaktor

Dünya çempionu qrup halında zorlamada ittiham olunur

redaktor