Digər

Bu günün hava proqnozu açıqlandı

Bu günün hava proqnozu açıqlandı

Bu günün hava proqnozu açıqlandı

Azərbaycanda sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 26-30° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Oxşar xəbərlər

Kişilərin saqqalı it tükündən də zərərlidir – Həkimdən XƏBƏRDARLIQ

redaktor

İcra başçısı ilə birgə həbs edilən şəxs azadlığa çıxdı

admin

Nigar Camaldan Fərqanə Qasımovaya sərt cavab: “Hicab taxıb, bədənşəkilləndirmə etdirmək də günahdır”

redaktor