26 C
Bakı
28 Sentyabr 2026 14:11
DünyaHadisə

London – Kuala-Lumpur reysi ilə uçan təyyarə Bakıya təcili eniş etdi

London – Kuala-Lumpur reysi ilə uçan təyyarə Bakıya təcili eniş etdi

 

“Malaysia Airlines” aviaşirkətinə məxsus London – Kuala-Lumpur reysini həyata keçirilən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürək tutması) səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtı ilə saat 06:25-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.

Tacxeber.az

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor