23 C
Bakı
27 Sentyabr 2026 21:50
DünyaSiyasət

İki qardaş arasına nifaq salmaq asan deyildir…

Türkiyə prezidenti R.T. Ərdoğan Azərbaycanda ANIM GÜNÜ ilə bağlı “X” sosial şəbəkə hesabında bunları yazıb:
“Anım Günü münasibətilə Qarabağı işğaldan azad etmək və onu yenidən azadlığına qovuşdurmaq uğrunda mübarizə aparmış qəhrəman şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə dərin ehtiramımı bildirirəm.

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq”, – deyə Ərdoğan qeyd edib.

Türkiyənin Bakıdakı Səfirliyinin 27 SENTYABR paylaşmasında bunlar vurğulanır: “Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların bizə əmanət etdiyi qardaşlığımızı uca tuturuq. Türkiyə və Azərbaycan olaraq, “Bir millət, iki dövlət” ruhunda çiyin-çiyinə dayanmaqda və ortaq gələcəyimizi birlikdə qurmaqda davam edəcəyik. Şəhidlərimizin ruhu şad olsun, Azərbaycan xalqının başı sağ olsun”.

Göründüyü kimi, Türkiyə siyasi rəhbərliyi süni şəkildə yaradılmış “Netanyahu sindromu”na çox müdrik və anlaşıqlı yanaşır. Bu isə Türkiyə-Azərbaycan qardaşlığını hədəfə almaq istəyənlərə əla cavabdır. Digər tərəfdən, cahillər bilməlidir ki, iki qardaş xalq və dövlət arasına girmək, heç nədən qarşıdurma yaratmaq “kolay” məsələ deyildir.

Əminəm ki, geniş geosiyasi mənada eyni qütbdə dayanan və tarixən dost olmuş, əməkdaşlıq etmiş qardaş Türkiyə və dost İsrail dövlətləri vahid məxrəcə gələcəklər. Və o zaman Azərbaycanın dürüst mövqeyi-qardaşla qardaş, strateji dostla dost kimi davranmasının həqiqi qiyməti bir daha bilinəcəkdir.

 

Qulu Məhərrəmli

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə türk dövlətlərini fəlakətli məcarəpərəstliyə sürükləyir

redaktor

Rus terroru davam edir

redaktor

Siyasətdə dava, ticarətdə sülh

redaktor