16 C
Bakı
25 Oktyabr 2026 12:14
GündəmHadisə

Rusiyada bazarda yanğın: 7 min kv.m ərazi… – Video

Rusiyada bazarda yanğın: 7 min kv.m ərazi… – Video

Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərində bazarın dam örtüyü yanıb.

Tacxeber.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Fövqəladə vəziyyət Moskva vaxtı ilə saat 17:05-də qeydə alınıb. Dərhal işçilərin və müştərilərin təxliyəsinə başlanılıb, ilkin məlumata görə, zərərçəkən olmayıb”,- məlumatda deyilir.

Qeyd olunur ki, ümumilikdə 153 nəfər ərazidən çıxarılıb, xəsarət alan olmayıb:

“İlkin olaraq yanğının sahəsi 700 kvadratmetr, sonra isə 7000 kvadratmetr ərazini əhatə edib. Söndürmə işlərinə 40-dan çox canlı qüvvə və 25 texnika cəlb olunub”.

Tacxeber.az

Oxşar xəbərlər

Ağ rəngə divan tutan Qulu Məhərrəmli…

redaktor

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin

Elnarə Qasımova həbsxanadan yazır:

admin