Cəmiyyət

Kissincer yenə Ukraynadan danışdı: “Müharibənin uzanması təhlükəlidir”

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukraynada münaqişənin uzanmasının qlobal hərbi eskalasiyaya gətirib çıxaracağını söyləyib.

Tacxeber.az musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

 

O, Ukraynadakı münaqişənin danışıqlarla bitməli olduğunu vurğulayıb.

 

“Hesab edirəm ki, Ukraynaya NATO-ya üzvlük təklifi səhv idi… Ona görə də danışıqlar aparılmalıdır və müharibənin qeyri-müəyyən müddətə uzanmasına imkan verilməməlidir. Çünki o zaman bu, I dünya müharibəsinə bənzəyəcək və bu, dərin eskalasiyaya gətirib çıxaracaq”, – deyə Kissincer bildirib.

 

ABŞ-ın keçmiş dövlət katibi NATO-ya üzv ölkələrin tezliklə danışıqların mümkün nəticəsi barədə öz aralarında razılığa gələcəyinə ümid etdiyini də bildirib.

 

“Mənim təklifim müharibə başlamazdan əvvəl mövcud olan xəttə geri dönülməsidir. Bu isə o deməkdir ki, Rusiya bu müharibədə əvvəllər ələ keçirdiyi Ukrayna ərazisinin 15-20%-dən imtina etməli olacaq. Bundan sonra NATO Rusiya ilə uzunmüddətli münasibətlərinin necə olacağını düşünməlidir”, – Kissincer hesab edir.

Tacxeber.az

Oxşar xəbərlər

Azərbaycanda axtarışda olan cinayətkarın meşədə asılmış meyiti tapıldı.

admin

Həkim açıq havada idman etməyin təhlükələrini sadalayır

redaktor

İsrail ordusu fars dilində İran vətəndaşlarına müraciət etdi – FOTO

redaktor