23.7 C
Bakı
28 İyun 2026 23:24
GündəmSiyasət

Putin Zelenski ilə birbaşa danışıqlara hazır olduğunu BİLDİRDİ

 

Putin Zelenski ilə birbaşa danışıqlara hazır olduğunu BİLDİRDİ

Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Ukrayna Prezidenti Volodimir Zelenski dörd dəfə Rusiya lideri Vladimir Putinə ikitərəfli sammit təklif edib.

 

Tacxeber.azCNN Türk-ə istinadənxəbər verir ki, Kiyevdən gələn bu təklif Moskva tərəfindən həmişə “Liderlərin həll edəcəyi konkret məsələ yoxdur” cavabı ilə rədd edilib.

 

Lakin Lvovda keçiriləcək üçtərəfli sammit (Türkiyə-Ukrayna-BMT – red.) öncəsi Rusiyanın sərt mövqeyini yumşaltmağa başladığı müşahidə edilir. Rusiya mənbələrindən verilən xəbərə görə, Vladimir Putin 5 avqust Soçi sammitində Ukrayna lideri Volodimir Zelenski ilə görüşə biləcəyinə eyham vurub.

Rusiyanın Ukrayna ilə danışıqlarda ilk münasibəti: “İlk növbədə nümayəndə heyətləri yol xəritəsini müəyyən etsinlər. Liderlər daha sonra sammit keçirsinlər”, – formasında idi.

 

İndi isə müharibəni dayandırmaq üçün Rusiya tərəfinin təklifi: “Əvvəl liderlər müzakirə edib yol xəritəsini müəyyən edə bilərlər. Bundan sonra nümayəndə heyətləri bu yol xəritəsini həyata keçirmək üçün işə başlaya bilərlər”, – formasını alıb.

 

Tacxeber.az

Oxşar xəbərlər

Özbək jurnalist Daşkəndi Bakının nümunəsini izləməyə və “Rus Evi” yaratmağa çağırıb.

redaktor

Rusiya fəlakətlə üz-üzə…

admin

Ukrayna Rusiyadakı neft nasos stansiyasını sıradan çıxarıb.

redaktor