15 C
Bakı
03 Oktyabr 2026 03:38
Cəmiyyət

Quba və Xaçmazda da yanğınlar baş verdi

Quba və Xaçmazda da yanğınlar baş verdi

Şimal bölgəsində bu gün müşahidə edilən güclü isti külək Quba və Xaçmaz rayonlarında da yanğına səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qubanın Vəlvələ kəndində 4 hektar biçilmiş taxıl sahəsi yanıb.

Rayonun icra başçısının Vəlvələ kəndi üzrə nümayəndəsi Mahir Məmmədovun bildirib ki, yanğınsöndürənlərin səyi nəricəsində alovun yayılmasının qarşısı alınıb.

Xaçmazda isə Sibiroba və Mirzəmətkənd kəndi ərazisində kol-kos sahəsində yanğın qeydə alınıb.

Xaçmaz Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclunun verdiyi məlumata görə, görülən təbirlərlə sayəsində alovun meşə massivinə keçməsinin qarşısı alınıb.

Aytəkin Alxaslı, Bizim.Media – Şimal Bürosu

Tacxeber.az

Oxşar xəbərlər

Hicab mübahisəsi: qızlarımızın təhsili və seçim azadlığı

redaktor

Hicab bəhanəsi arxasındakı hədəflər…

redaktor

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin