22 C
Bakı
01 Oktyabr 2026 20:18
İdman

“Viktoriya” bizə sürprizlər edə bilər – Qurbanov

 

Futbolçularımı təbrik edirəm. İntizamlı və əks-hücumlarda təhlükəli olan komandaya qarşı oynadıq. Səbrli olmaq önəmli idi. Vacib 3 xal qazandıq. Qələbəyə layiq idik. Rəqibə uğurlar arzu edirəm.

Tacxeber.azxəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bu qarşılaşmanın Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə görüşlərə faydalı olacağını söyləyib:

“Plzen təmsilçisinin oyununa baxmışam. Bizə qarşı daha çox sürprizlər edə bilərlər. Hələ vaxtımız olacaq. Onları yaxından təhlil edəcəyik”.

Tacxeber.az

Oxşar xəbərlər

Ronaldo yığmanın düşərgəsini tərk edib?

admin

Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu

admin

Simoenedən Mourinyoya: “Sərhədi keçməməlisən”

admin