12 C
Bakı
28 Mart 2026 23:59
Dünya

Trampdan yeni QƏRAR

ABŞ Prezidenti Donald Trampın administrasiyası smartfonlar, notbuklar, sərt disklər və digər elektron qurğuları yeni gömrük rüsumlarından azad edilmiş mallar siyahısına daxil edib. Bu qərar istehlakçıları qiymətlərin artımından qoruya və “Apple”, “Samsung” kimi şirkətlər üçün üstünlük yarada bilər.

 

Tacxeber.com xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin dərc etdiyi istisnalar həm Çin məhsullarına tətbiq olunan 125%, həm də əsas 10%-lik gömrük tariflərinə aid edilir.

 

Bundan əlavə, yarımkeçirici istehsalı üçün avadanlıqlar da istisnalar siyahısına daxil edilib ki, bu da “Taiwan Semiconductor Manufacturing Co.” kimi şirkətlər üçün böyük əhəmiyyət kəsb edir.

 

Bu o deməkdir ki, adıçəkilən qurğuların qiymətlərində kəskin artım gözlənilmir.(Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib – FOTO

redaktor

Əkrəm İmamoğlu bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

redaktor

Müharibəbin ilk günü, ümumiləşdirək və ilkin təəssüratlarla bölüşək

redaktor