24.1 C
Bakı
28 İyun 2026 16:54
Dünya

Tramp Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar paketinin daha bir il müddətinə uzadılması ilə bağlı sərəncam imzalayıb.

 

Bu barədə məlumat ABŞ-ın Federal Reyestrində yer alıb.

 

Söhbət 15 aprel 2021-ci il tarixində qüvvəyə minmiş 14024 nömrəli sərəncamdan gedir.

 

Həmin sərəncam ABŞ-ın o zamankı prezidenti Co Bayden tərəfindən imzalanmış və onun administrasiyası tərəfindən dəfələrlə genişləndirilmişdi.

 

Xatırladaq ki, bu ilin mart ayında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Moskva sözügedən sanksiyaları qeyri-qanuni hesab edir və onların ləğvini gözləyir.

Tacxeber.com

Oxşar xəbərlər

2-ci İran müharibəsinin nəticələri Yaxın Şərq üçün hansı perspektivlər açır?

redaktor

AZAL-ın təyyarəsinin “qara qutu”su niyə Braziliyaya göndərilib? – Tokayevdən AÇIQLAMA

redaktor

İran Prezidenti Trampı Netanyahuya qarşı tədbir görməyə çağırdı

redaktor