12 C
Bakı
28 Mart 2026 04:58
Dünya

Kir Starmer: “Bizim tanıdığımız dünya artıq mövcud deyil…”

Britaniyanın Baş naziri Kir Starmer “The Telegraph” qəzetinə yazdığı məqalədə son illərdə yaradılmış dünya nizamının məhv olduğunu bildirib.

 

Tacxeber.com xəbər verir ki, məqalə ABŞ Prezidenti Donald Trampın 200-dən çox ölkədən gələn mallara rüsum tətbiq etməsi fonunda dərc edilib.

 

Siyasətçinin fikrincə, keçmiş ideyaları artıq təbii qəbul etmək olmaz, yeni dünya müəyyən edilmiş qaydalara deyil, sövdələşmələrə və ittifaqlara əsaslanır.

 

“Bizim bildiyimiz dünya yox oldu. Biz bundan sonra baş verəcəklərə hazırıq”, – Starmer deyib.

 

O əlavə edib ki, ticarət müharibəsindən heç kim fayda görməyəcək, eləcə də Böyük Britaniya və digər ölkələr ciddi iqtisadi nəticələrlə üzləşəcək.

 

Starmer baş verənlərə baxmayaraq, hələ də azad və açıq ticarət ideyasını dəstəklədiyini vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldonun bu hərəkəti ərəbləri dəli etdi – Paçasının arasını sildi və yerə tulladı

admin

Ukrayna Donbassdakı şəhəri geri qaytardı

redaktor

Ərdoğan Makronu alçaltdı, ona heç kim hörmət etmir: Fransa bu kadrlardan danışır – VİDEO

redaktor