Dünya

ABŞ-da Trampa qarşı etiraz dalğası başladı – FOTO/VİDEO

ABŞ-da Prezident Donald Trampa qarşı kütləvi etirazlar başlayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Etirazçılar Trampın və Hökümət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın siyasətindən narazılıqlarını ifadə edirlər.

 

Məlumata görə, ölkənin 50 ştatında 1200-dən çox etiraz aksiyası keçirilib. Onlar hazırkı administrasiyanın üzvlərini tənqid edən şüarlar səsləndiriblər.

 

Qeyd olunub ki, etirazçıları xüsusilə prezidentin tətbiq etdiyi rüsumlar, Maskın göstərişi ilə ABŞ hökumət idarələrində aparılan ixtisarlar, Trampın Qəzza zolağındakı münaqişə və Ukraynadakı müharibə ilə bağlı siyasətləri hiddətləndirib.


Tacxeber.com

Oxşar xəbərlər

“Krım konsensusu” və kollektiv məsuliyyət

redaktor

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

redaktor

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor