19 C
Bakı
08 Oktyabr 2026 08:20
Dünya

Trampa qarşı impiçment prosesini başladacaq

ABŞ Nümayəndələr Palatasının demokrat üzvü El Qrin növbəti 30 gün ərzində ABŞ Prezidenti Donald Trampın impiçment prosesini başladacağını elan edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “The Hill” nəşri siyasətçidən sitat gətirib.

 

“Bizə onu bu dəfə məhkum edəcək senat lazımdır və mən istəyirəm biləsiniz ki, onun Calut olduğunu ürəkdən anlayıram. O, Calutdur. O, Respublikaçılar Partiyasını, ordudakı generalları və Ədliyyə Nazirliyini nəzarətdə saxlayır. Amma, dostlar, hər Caluta qarşı bir Davud tapılar. Mən istəyirəm biləsiniz, cənab prezident, bu Davud növbəti 30 gün ərzində sizə qarşı impiçment işi başladacaq. Növbəti 30 gün ərzində mən impiçment işini təqdim edəcəyəm”, – Qrin Kolumbiya dairəsindəki mitinqdə nümayişçilərə müraciət edərkən bildirib.

 

Onun sözlərinə görə, Trampa ədalət və xalqın idarə edilməsi məsələlərində etibar etmək olmaz.

 

Xatırladaq ki, fevralın 5-də El Qrin Nümayəndələr Palatasındakı çıxışında baş komandanın ABŞ-nin Qəzza zolağını nəzarətə götürməsini təklif etdikdən sonra Trampa qarşı impiçment irəli sürəcəyini açıqlamışdı. Onun sözlərinə görə, “Qəzzada ədalətsizlik ABŞ-də ədalətə təhdiddir”.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor