19 C
Bakı
08 Oktyabr 2026 08:21
Dünya

Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxardı

İran Prezidenti Məsud Pezeşkian parlament məsələləri üzrə köməkçisi Şəhram Dəbirini işdən çıxarıb.

 

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Pezeşkian bu barədə sərəncam imzalayıb.

 

Məlumata görə, Dəbiri Novruz tətilini Antarktidada lüks şəraitdə keçirib.

 

“Möminlərdən nümunə götürməklə fəxr edən bir hökumətdə, xalqa qarşı iqtisadi təzyiqlərin yüksək və məhrumiyyətlərin çox olduğu bir şəraitdə məmurların, hətta şəxsi hesablarına belə bahalı istirahət səfərlərinə getməsi müdafiə oluna və əsaslandırıla bilməz”, – Pezeşkian bildirib.

 

Qeyd edək ki, daha öncə Ş.Dəbirinin Antarktidaya səfəri ilə bağlı məlumat və görüntülərin paylaşılması vətəndaşların kəskin etirazına səbəb olub.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor