28 C
Bakı
11 Avqust 2025 21:34
Hadisə

Beş ay əvvəl müharibədə həlak olan azərbaycanəsilli şəxslərin meyitləri tapıldı – Fotolar

Rusiya-Ukrayna müharibəsində beş ay əvvəl həlak olan iki azərbaycanəsilli şəxsin meyitləri tapılıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Lent.az-a Moskvada yaşayan azərbaycanlı icma rəhbərlərindən biri məlumat verib.

 

Bildirilib ki, Rusiya ordusunun tərkibində döyüşən 38 yaşlı Şair Zahid oğlu Səmədov hazırda müharibənin davam etdiyi Kursk vilayətinin Daryino Sudjanski rayonunda həyatını itirib. Məlumata görə, mərhum ötən il dekabrın 5-də həlak olub və meyiti küçədə qalıb. Daryino Sudjanski rayonu Rusiya ordusu tərəfindən azad edildikdən sonra onun da meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, mərhum Saatlı rayonu Əhmədbəyli kəndində doğulub, iki uşaq atasıdır. Orta məktəbi bitirəndən sonra ailəsi ilə birgə Moskva vilayətinin İstra şəhərinə köçüb. Həmyerlimizin nəşi doğulduğu kənddə torpağa tapşırılacaq.

 

Həmçinin Şair Səmədovla yanaşı, Ruslan Loğman oğlu Həsənov da ötən ilin dekabrında Kursk vilayətində gedən döyüşlər zamanı həlak olub. Onun da meyiti mart ayında tapılaraq, Volkovski qəbiristanlığının Fəxri Vətəndaşlar Xiyabanında dəfn edilib.

 

Ruslan Həsənov Sverdlovsk vilayətinin Kamensk-Uralski şəhərində doğulub boya-başa çatıb. O, ölümündən sonra “Şücaət” ordeni ilə təltif edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Niftulla Məmmədlidən həyat yoldaşının vəfatı ilə bağlı açıqlama

redaktor

ÇL: “Bavariya”, “Aesenal” qalib gəldi, “Atletiko”dan darmadağın

admin

Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərdi

redaktor