Dünya

Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Türkiyə beynəlxalq ictimaiyyəti İsrailin Qəzza zolağında hərbi əməliyyatının əhatə dairəsini genişləndirmək cəhdlərinin qarşısını almaq üçün qətiyyətli mövqe tutmağa çağırıb.

 

Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

 

“İsrailin baş naziri Benyamin Netanyahunun hökumətinin Qəzza zolağında hərbi əməliyyatların genişləndirilməsi və İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşma fəaliyyətinin davam etdirilməsi ilə bağlı bugünkü bəyanatları İsrailin beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymamasının və sülh səylərindən tamamilə uzaqlaşmasının növbəti təzahürüdür. Beynəlxalq ictimaiyyət müqəddəs yerləri qorumaq, növbəti təxribatların qarşısını almaq və İsrailin işğal yolu ilə ərazisini genişləndirmək cəhdlərini dayandırmaq üçün qətiyyətli mövqe nümayiş etdirməlidir”, – bəyanatda bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Pekin səfərinin pərdəarxası: Lukaşenko çıxış yolu axtarır

redaktor

Müharibənin Bumeranq Effekti: Rusiya Öz Yanacaq Qıtlığında Boğulur

redaktor

“Krım konsensusu” və kollektiv məsuliyyət

redaktor