10 C
Bakı
30 Mart 2026 06:38
Cəmiyyət

Sabah oruc tutulmalıdır? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanın bütün məscidlərində sabah – martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

 

Hər il Ramazan ayında bayramın sabah, yoxsa birigün olması fikri müzakirələr yaradır. Bu ildə eyni mövzu ətrafında müzakirələr davam edib.

 

Bəs oruc tutan insanlar martın 30-da namazadək oruc tutmalıdırlar, yoxsa 29-da yekunlaşdırırlar?

 

Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az- açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Fuad Nurullayev bildirib ki, oruc tutan insan bayramın olduğunu dəqiqləşdirdikdən sonra oruc tuta bilməz:

 

“Bayram günü oruc tutmaq haramdır. Bayram namazına gedən insan yeməyini yeməli, buna da iftar etmək deyilir, daha sonra bayram namazına qatılmalıdır. Allah bayramımızı mübarək etsin!”

Tacxeber.com

Oxşar xəbərlər

Baba Vəziroğlu ağ önlüklü məktəbli formasına etiraz edənlərə: “Uşaqlara necə gözəl yaraşır, fərqlilik yox idi, kasıb-varlı bilinmirdi…”

redaktor

“Hansı məkanları təklif etdiniz ki, məmurlar da kabinetlərini əyləncəxanalara çevirməsin?” – Kulturoloq

redaktor

“3 nəfərin başqa dildə danışması ilə dilimiz əldən gedəcəksə, dünəndən getsə yaxşıdır” – Kamal Abdulla

redaktor