19 C
Bakı
13 Oktyabr 2025 20:37
Cəmiyyət

Vatsap yazışmaları polis tərəfindən izlənilir? – AÇIQLAMA

“WhatsApp” mesajlaşma proqramı ilə bağlı yayımış ekran görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Tacxeber.com xəbər verir ki, sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşılan fotoda yazışmaların polis tərəfindən izlənildiyi qeyd edilir:

 

“Bu söhbət mediası və mesajları Azərbaycan DİN tələbi ilə məhkəmə prosesi məqsədilə qeyd altına alnımışdır”.

 

Vatsapda hər zaman yazışmaların qorunduğu və üçüncü tərəflə paylaşılmadığı barədə bildiriş olur.
Sosial şəbəkələrdə yayılan foto da təhlükəsizliklə bağlı bildirişin məzmunu ilə bir qədər oxşarlıq təşkil etdiyindən insanlar arasında narahatlıq doğurub.

 

Texnobloger Fərid Pərdəəşünas isə məsələyə aydınlıq gətirib.

 

“Dünəndən etibarən “WhatsApp”da insanları təşvişə salan bu formalı məlumatlar çatlarda peyda olur. Qeyd etmək istəyirəm ki, məlumat təmamilə saxtadır. “WhatsApp” yazışmaları iki tərəfli şifrələmə ilə ucdan-uca qorunur və DİN-in bu məlumatlara girişi yoxdur”, – deyə o əlavə edib.

 Tacxeber.com

 

Oxşar xəbərlər

Uşaqlar arasında yen virus yayılıb: yüksək hərarət, boğaz ağrısı… – Həkim çağırış etdi

redaktor

Küçə ticarəti niyə məhv edilir?

redaktor

Əsli Lerikdəndir, amma ABŞ polisidir – FOTOLAR

redaktor