28 C
Bakı
13 Avqust 2025 18:12
Dünya

Senator parlamentə çürümüş balıqla gəldi

Avstraliyanın Tasmaniya qızılbalığı sənayesini qoruyan qanun layihəsi parlamentdə xaosa səbəb olub.

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, qanunun əleyhdarları iddia edirlər ki, təsərrüfatlardan gələn çirklənmə yalnız Tasmaniyada yaşayan Maugean skatlarını təhlükə altına ala bilər.

 

Yaşıllar Partiyasının senatoru Sara Hanson-Yanq anun layihəsinə etiraz olaraq parlamentdə nəhəng, başı kəsilmiş və çürüyən qızılbalıq nümayiş etdirib.

 

“Çürüyən, zəhərli qızılbalıq sənayesinə ekoloji qanunlarımızda imtiyaz verilir. Növbəti hansı zəhərli sənaye olacaq?” – o deyib.

 

Senatın sədri Sue Lines dəfələrlə senator Hanson-Yanqa balıqları çıxarmaq üçün xəbərdarlıq edib. Lakin Hanson-Yanq xəbərdarlıqlara məhəl qoymayıb və balığı masaya vuraraq etirazını davam etdirib. Bu arada bəzi senatorlar pis qoxuya görə burunlarını əlləri ilə bağlayıblar.

 

Ətraf Mühitin Müdafiəsi İdarəsinin məlumatına görə, qızılbalıq təsərrüfatlarının genişləndirilməsi dəniz ekosistemlərini təhdid edərək daha çox çirklənmə yaradır. Bu, nəsli kəsilməkdə olan Maugean skatlarının gələcəyini risk altında qoyur.

Tacxeber.com

Oxşar xəbərlər

“Tramp qadınlar üçün təhlükəlidir” – Baydenin xanımı

redaktor

“RUSİYANIN 23 FEVRALDAKI ORDUSU BİTİB, ARTIQ YOXDUR” – ABŞ-ın Dəniz Təhlilləri Mərkəzi

admin

Bayden 33% – Tramp 67%, Harris 63% – Tramp 37%

admin