24 C
Bakı
26 Sentyabr 2025 17:57
Cəmiyyətİdman

“Fernandu Santuş üçün həqiqət anıdır” – Aleksey Baqa

"Fernandu Santuş üçün həqiqət anıdır" - Aleksey Baqa

“Azərbaycan – Belarus matçından nə gözləmək olar? Azərbaycan Haitiyə 0:3 uduzdu. Fernandu Santuş legioner məşqçidir. Bu, hər kəs tərəfindən son dərəcə neqativ qarşılanır”.

 

Bu sözləri “Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa bu gün Azərbaycan millisinin Belarusla keçiriləcək yoldaşlıq oyunu ilə bağlı danışarkən deyib.

 

“Football.by”a açıqlama verən belaruslu mütəxəssis ölkəsinin yığması üçün matçın asan olmayacığını bildirib. Baqa həmçinin, Azərbaycanda məşqçi işləməyin də çətin olduğunu qeyd edib: “Azərbaycanda işləmək son dərəcə çətindir. Bunu şəxsi təcrübəmdən bilirəm. Fernandu Santuş üçün həqiqət anıdır. Orada yaxşı meydança olacaq. Hava da yaxşıdır. Amma belaruslular üçün oyun çətin keçəcək. Paradoksdur. Portuqaliyalının (Fernandu Santuş – red.) da işi çətindir, divara dirənib. Ümumiyyətlə, Azərbaycanda tələblər yüksəkdir”.

 

Xatırladaq ki, bu gün keçiriləcək Azərbaycan – Belarus oyunu sabah saat 21:45-də başlanacaq. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Saxta qaçaqmalçılıq ittihamı bizi susdurmaq üçündür və işə yaramayacaq, qaçaqmalçılar Azərbaycanın sərvətlərini Avropaya, Amerikaya daşıyanlardır” – “Meydan Tv”nin 12 yaşı tamam olur

admin

Pornoqrafik ifadələr olduğunu yazırlar, mənsə… – Elza qalmaqallı şeirindən danışdı

admin

Arayikin vaxtilə gizləndiyi “saray”dan görüntülər – VİDEO

redaktor