20 C
Bakı
24 İyun 2025 09:23
Cəmiyyət

Yazıçı: Əvvəlcə Məleykə bir imla yazsın, sonra biz imtahan verərik

DİM sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxışı zamanı AYB üzvlərini Azərbaycan dili üzrə imtahandan keçməyə çağırıb.

 

Tacxeber.com redaktor.az-a istinadla xəbər verir ki, yazıçı Seyran Səxavət bununla bağlı qeyd edib:

 

“Başqa ixtisas sahiblərini deyə bilmərəm, amma yazıçılarla bağlı onu deyə bilərəm ki, biz Azərbaycan dilindən imtahan verməyə hazırıq. Bircə xırda şərtim var: bizdən 1 saat əvvəl Məleykə xanım imla yazsın, əgər yaxşı yazsa, səhvi yoxdursa, bütün yazıçılar Azərbaycan dilindən imtahan verməyə hazırdırlar. Mən xahiş edərəm, hamısı Azərbaycan dilindən imtahan verərlər.

 

Şükür məsləhətinə, Milli Məclisdə bir nəfər çıxışında bildirmişdi ki, evdə xanım əgər yoldaşına çay verirsə, zəhmət çəkir, ona görə xanıma pul ödənməlidir. Başqa bir çox stajlı deputat demişdi ki, Azərbaycanda boşanmalar ona görə çoxdur ki, evlənənlər çoxdur…

 

Mənim şərtim var təkcə Məleykə xanıma aid deyil, yüzlərlə məmura da aiddir. Onlar imladan “3” alsınlar, mən bütün Azərbaycan yazıçılarından xahiş edirəm ki, gedin Azərbaycan dilindən imtahan verin”.

Tacxeber.com

Oxşar xəbərlər

“Toya icazəni o verirdi, toyda 2 saatdan artıq oturmaq olmazdı…” – Talıbovun “Naxçıvan qadağaları”nın ən maraqlısı

redaktor

Namiq Mənanın restoranında dava – Həbs edilən var – FOTO

redaktor

Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı, Xalq artisti onunla öpüşməkdən imtina etdi – Kinomuzun Leyla Şıxlinskayası

admin