11 C
Bakı
27 Mart 2026 17:49
Cəmiyyət

“3 nəfərin başqa dildə danışması ilə dilimiz əldən gedəcəksə, dünəndən getsə yaxşıdır” – Kamal Abdulla

“Bu hadisə bizim elm, mədəniyyət, ictimaiyyət arasında ciddi rezonans doğuracaq bir hadisədir. Bunun siyasi əhəmiyyəti var. Beləliklə xaricdə yaşayan və doğulan azərbaycanlıların bu dili öyrənmək şansları artacaq”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyası üçün onlayn platformanın təqdimat mərasimində çıxışı zamanı deyib.

 

“Bu gün mənə görə, cəmiyyətdə dilimizlə bağlı dərin mənası olmayan mübahisələr gedir: “Azərbaycan dili əldən gedir”, “dilimizi qoruyaq” və s. Sən dili necə qoruyacaqsan? Dili əlinə silah alıb qoruyacaqsan? Dilin qorunmağa ehtiyacı yoxdur. Bu, mümkün deyil. Dil strukturdur. Amma nitqimizi qoruya bilərik.
Bir dil kiminsə yanında 3 nəfərin başqa dildə danışması ilə əldən gedəcəksə, o dünəndən əldən getsə yaxşıdır. Biz dilimizi qorumaq üçün öz üzərimizdə çalışmalıyıq. Mütaliəmizlə beynimizdəki dil quruluşunu təkmilləşdirərək qoruya bilərik”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Mentollu siqaretlər ağciyərlər üçün adi siqaretlərdən daha təhlükəlidir

redaktor

Dərmanların tənzimlənən qiymətlərdən yuxarı satılması qadağan edilir

redaktor

Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar?

redaktor