16 C
Bakı
27 Sentyabr 2025 04:03
Dünya

Zelenski: “Rusiya daha bir müharibə həftəsini oğurladı”

Ciddə danışıqları zamanı Ukrayna və ABŞ tərəfləri arasında təsdiqlənən 3 günlük atəşkəs təklifinə baxmayaraq, Rusiya Ukraynadakı müharibənin nizamlanması prosesini təxirə salmaqda davam edir.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

 

“Ciddə danışıqlarından və ABŞ-nin cəbhədə atəşkəs təklifindən sonra Rusiya tərəfi ona lazım olan müharibə həftəsini oğurladı. Biz diplomatiyanın daha da intensivləşməsi üçün hər şeyi edəcəyik. Diplomatiyanın məhsuldar olmasını təmin etmək üçün hər şeyi edəcəyik”, – Zelenski deyib.

 

O qeyd edib ki, Ukrayna öz müstəqilliyini qorumaq üçün mübarizəni davam etdirəcək.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bi müddət əvvəl 30 günlük atəşkəs çağırışını Ukrayna Silahlı Qüvvələrinə nəfəs almaq üçün vaxt vermək cəhdi kimi dəyərləndirib. O bildirib ki, Kreml bununla bağlı mövqeyini artıq ABŞ-yə çatdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Putin illər sonra Merkeldən üzr istədi: Lütfən bağışla!

redaktor

Şuşanın təməlini qoyan nəslin Amerikadakı nüfuzlu varisi: “Azərbaycan Ordusu ilə fəxr edirəm”

admin

Daha bir erməni Rusiyada vətən xaini çıxdı

redaktor