12 C
Bakı
28 Mart 2026 07:19
Siyasət

Bakı İrəvanla bağlı Haaqa məhkəməsinə məktub göndərdi

Bakı İrəvanla bağlı Haaqa məhkəməsinə məktub göndərdi

Azərbaycan Ermənistanla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib.

Tacxeber.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Tviterdə bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə bu gün məktub təqdim edib.

“Ümid edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanı məhkəmənin qərarını pozduğuna görə müvafiq qərar qəbul edəcək. 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 240-dan çox azərbaycanlı həlak olub və ya yaralanıb. Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının və təbliğinin qarşısının alınmasına dair əmrini də yerinə yetirməyib. Eyni zamanda, bir çox nümunələri onların diqqətinə çatdırmağımıza baxmayaraq, hərbiləşdirilmiş qrupların nifrət nitqi və zorakılığına qarşı heç bir tədbir görməyib. Həmçinin Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra işğaldan azad edilmiş ərazilərə, məsələn Laçına 1300 mina yerləşdirib. Bu, məcburi köçkünlərin təhlükəsiz geri qayıdışının qarşısını alır”, – nazir müavini vurğulayıb.

Tacxeber.az

Oxşar xəbərlər

Tramp sonuncu İsrail girovunun cəsədinin axtarışında HƏMAS-ın köməyini qəbul edib.

redaktor

Qaribaşvili həbs olundu

redaktor

“RUSİYA BÜTÜN SƏRHƏDLƏRİ AŞIR” – “Deyəsən, kremldəkilər Priqojin qiyamı zamanı ailələrinin hara uçduqlarını unudublar…”

redaktor