16 C
Bakı
28 Sentyabr 2025 01:24
Cəmiyyət

Müəllimlərə “hinduşkabaş” deyən direktor barədə QƏRAR verildi

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.

 

Məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilir.

 

Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir.

 

Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

 

Xatırladaq ki, müəllimləri təhqir etdiyi iddia olunan 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın səsyazısı üzə çıxıb. Səsyazısında direktorun müəllimlərdən pul yığdığı, onlara qarşı uyğunsuz davranış sərgilədiyi, hətta müəllmlərə “hinduşkabaş” deyərək təhqir etdiyi məlum olub.

Tacxeber.com

Oxşar xəbərlər

“Vasmoy” bazarında qəribə fırıldaq – Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər – VİDEO

redaktor

Medianın İnkişafı Agentliyi qeydiyyatdan keçməmiş saytları məhkəməyə verməyə başlayıb

admin

Qazaxda icra başçısını tənqid edən bələdiyyə sədrinin müavini psixiatriya xəstəxanasına salınıb

admin