Mədəniyyət

“Dövlətin kinoya ayırdığı vəsait lazımi formada xərclənmir”

“Azərbaycanda kino istehsalı artırılmalıdır, başqa yol yoxdur”.

Tacxeber.com apa-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi kinorejissor Əlisa Cabbarov deyib.

 

Onun sözlərinə görə, dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir: “Ayrılan pullar hesabda yığılıb qalıb. Bunun səbəbi nədir? Kino ictimaiyyəti bunu anlamır”.

 

Azərbaycan Respublikasının Kino Agentliyinin direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu isə iddiaya cavab olaraq bildirib ki, statistikaya əsaslanmaq lazımdır: “Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda “44”, “Borc”, “Doğma torpaq” kimi filmlərin təqdimatı olacaq. Deyəndə bunları da demək lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Şeyx Əbdül: “Şəfiqənin namizədliyi irəli sürülsə, qurultayda qırğın salacam”

redaktor

“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” – Xalq artistindən qınaq-FOTOLAR

redaktor

“Valideynlər uşağı zorla gətirir ki, müğənni olmalıdır”

admin