CəmiyyətDünyaİdmanQalmaqal

Şahruddinə bir milyon manatdan çox ödəniş olmalıdır – FİFA-dan qərar

Türkiyənin “Adana Demirspor” klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə 1 milyon manatdan çox ödəniş etməlidir.

 

Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar çıxarıb.

 

Ali futbol qurumu hazırda “Qarabağ”da çıxış edən 30 yaşlı qolkiperin Superliqa təmsilçisi ilə bağlı şikayətini qismən təmin edib.

 

Adana klubu ona ödənilməmiş mükafat olaraq 100 min ABŞ dolları (təxminən 170 min manat) verməlidir. Ş.Məmmədəliyev müqaviləsinin pozulmasına görə isə təzminat olaraq 607 min dollar (təxminən 1 milyon 31 min manat) almalıdır.

 

Hazırda maliyyə problemi ilə üzləşən “Adana Demirspor”un bu məbləği ödəyib-ödəmədiyi hələlik bəlli deyil.

 

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan “Adana Dəmirspor”a keçmişdi. O, Superliqa klubu ilə 2 illik müqavilə imzalamışdı.

 

Əlavə edək ki, bu mövsüm “Adana Demirspor”un ümumən 12 xalı silinib. Buna klubun futbolçuları qarşısında öhdəliyi pozması səbəb olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Metronu “talpuçka” ediblər, oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar?”

admin

Niyə qadınlar xırdaçı, kişilər konkret olur? – Elmi izahı sizi təəccübləndirəcək

redaktor

Xanımlara pulsuz qəlyan təklif edən restoranlar – “Bu, hiylədir”

redaktor