12 C
Bakı
28 Mart 2026 16:19
Dünya

“Terminator” artıq qorunmağa ehtiyac duyur – Şvartseneggerin bu görüntüsü gündəm oldu – VİDEO

Məşhur aktyor və keçmiş Kaliforniya qubernatoru Arnold Şvartsenegger bu səhər Nyu-Yorkda beş mühafizəçi müşayiəti ilə görüntülənib. Xarici medianın yaydığı görüntülərdə bir vaxtlar ekranlarda güc simvolu olan “Terminator”un indi yavaş addımlarla, bir qədər enerjisiz və yaşlanmış halda hərəkət etdiyi diqqət çəkib.

 

Məşhur aktyor şəhərdə yeni filminin çəkiliş meydançasına gedərkən lentə alınıb. Əynində isə bayram temalı sviter olması izləyiciləri təəccübləndirib – bir vaxtlar polad sinəsi ilə düşmənlərini məhv edən “Terminator” indi daha çox yeni il babasına bənzəyirdi.

 

Sosial mediada yayılan videoya izləyicilər maraqlı şərhlər yazıblar:

 

“Terminator indi öz təhlükəsizliyi üçün beş mühafizəçi ilə gəzir? Haradadır o köhnə güc?”

 

“Bu, “Qocalmış Terminator: Geri Qayıdış” filminin çəkilişləridir?”

 

Bəziləri isə onun sağlamlığı ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Arnold Şvartsenegger, 76 yaşına baxmayaraq, hələ də yeni filmlərdə rol almağa davam edir.

Həmin videonu təqdim edirik:

(musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

İran Türkiyəyə raket atdığını təkzib edir və ABŞ və İsraili günahlandırır

redaktor

Mourinyo “Fənərbaxça”ya söz atdı, “Benfika”nın “Qarabağ”a uduzmasına toxundu

redaktor

Bayden çıxışı zamanı mərhumla danışmağa başladı – VİDEO

redaktor