CəmiyyətHadisə

Azərbaycanda “Amerikanın səsi” radiosunun müxbir akkreditasiyası ləğv edildi.

“Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi də ləğv edilib.

 

“Amerikanın səsi” radiosunun müxbir akkreditasiyası ləğv edilib.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə yerli mediaya məlumat verib.

Onun sözlərinə görə, “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi də ləğv edilib.

 

XİN rəsmisi bildirib ki, qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

“Amerikanın Səsi” 1942-ci ildən fəaliyyət göstərir. Hazırda 43 dildə internetdə, televiziyada və radioda verilişlər yaymlayır.

 

“Amerikanın Səsi”nin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir.

Sovet İttifaqı 1991-ci ildə dağılanadək “Amerikanın Səsi”nin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı.

 

2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra “Amerikanın Səsi” öz verilişlərini internetdə və peyk televiziyasında yayımlayır.

 

“Sputnik Azərbaycan” Rusiyanın dövlətə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində fəaliyyət göstərən bir media qurumudur. 2015-ci ilin may ayında Azərbaycanda fəaliyyətə başlayan bu agentlik, ölkə və dünya xəbərlərini Azərbaycan və rus dillərində təqdim edib. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Küçəyə atılan professoru görməyənlər – İsa Həbibbəyli, icra başçısı, deputatlar…

admin

“Bu, olduqca çətin siyasi qərardır. Başa düşürəm ki, NATO ölkələrinin daha çox pula ehtiyacı var”

admin

Kişilər dikdaban geyinməyi necə tərgitdilər? Şah Abbasın dünyaya yaydığı dəb əsrlər sonra porno elementi kimi ortaya çıxdı

admin