22.2 C
Bakı
10 İyun 2026 03:22
CəmiyyətHadisə

Bir ayın əsgəri vəfat edib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

 

Bu barədə fevralın 24-də Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məcidov Maqbet Xətai oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb. Məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

 

Ona ilkin olaraq ildırımsürətli vaskulit diaqnozu qoyulub.

Faktla bağlı cinayət işinin açıldığı bildirilir.

 

Maqbet Məcidov 2020-ci ildə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasını, 2024-cü ildə isə Mədəniyyət və İncəsənət Universitetini bitiribmiş.

O, bu ilin yanvarında hərbi xidmətə yollanıbmış. (ToplumTv)

 

Tacxeber.com

Oxşar xəbərlər

Taksilərlə bağlı yeni qaydalar qüvvəyə mindi

redaktor

Şəxsi maraqların kölgəsində: Salyanda gördüyüm Fəzail Ağamalı

redaktor

“Bolt”da artıq pul tutulur — DİQQƏTLİ OLUN!

redaktor