24 C
Bakı
23 İyun 2025 12:49
CəmiyyətŞou

“Yolda saxlayıb deyirlər hara baxırsınız?” – Məşhur bəstəkar TƏNQİD ETDİ

“Bu mahnıları tənqid edənlər daha dərin musiqi biliyinə sahib olduqları üçün, araşdırma qabiliyyətləri olduğu üçün tənqid edirlər. Digər tərəf isə – əsasən gənclər və yeniyetmələr reklamın təsirinə düşərək onun əsiri olurlar və o cür də böyüyürlər. O zövq, daha doğrusu zövqsüzlük onların qanına işləyir və onu bəyənirlər. Bəlkə də böyüyərlər, daha keyfiyyətli musiqi dinləyərlər, deyə bilmərəm. Cəmiyyətin bu hissəsi musiqi baxımından daha cahildir”.

 

Tacxeber.com xəbər verir ki, bunu Ajans.az-a açıqlamasında sosial şəbəkələrdə trend olan və efirlərdə səsləndirilən bayağı musiqilərdən danışarkən bəstəkar Cavanşir Quliyev deyib. O bildirib ki, tək Azərbaycanda yox, hər yerdə belədir və müxtəlif zövqlər var:

 

“Cavanlar internetdə, sosial şəbəkələrdə daha aktiv olduqları üçün dedikləri görünür. Amma bu o demək deyil ki, dedikləri doğrudur. Vaxtilə bir çox musiqilər trendlərdə birinci idi, indi o əsərlərin izi-tozu yoxdur. Amma ortabab sıralarda olan əsərlər indi də dinlənilir. Cəmiyyətin inkişaf etmiş hissəsi tənqidi yanaşır. Məni hətta yolda saxlayırlar ki, hara baxırsınız? Trendlər gəldi-gedər şeylərdi, musiqinin keyfiyyəti əbədidir”.

 

Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə trend olan “hav-hav” adlı mahnı Şəbnəm Tovuzlu və digər bir neçə müğənni tərəfindən efirdə səsləndirilib. Bayağı mahnının efirdə səsləndirilməsi əksər insanların tənqidinə tuş gəlib.

Tacxeber.com

Oxşar xəbərlər

“Ağızlarına gələni danışanlar, çıxın ortaya da!” – Qurban Yetirmişlidən ƏSƏBİ REAKSİYA

redaktor

Azərbaycanda niyə kirayə müqaviləsi bağlamırlar? – ARAŞDIRMA

redaktor

Sabiq məhkəmə sədri 4615 manatlıq pensiyadan narazıdır

admin