13 C
Bakı
30 Mart 2026 13:16
Dünya

İmamoğlu diplomunu paylaşdı, özünü işə saldı

İstanbul meri Əkrəm İmamoğlu barəsində təhsil diplomunun saxtalaşdırılması ilə bağlı cinayət işi açılıb.

 

Tacxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

İstanbul Prokurorluğunun apardığı araşdırmada iddia edilir ki, İmamoğlu bakalavr diplomunu saxtalaşdırıb. Qurum bu qənaətə necə gəldiyini açıqlamayıb.

 

Bildirilib ki, şəhər meri bununla əlaqədar fevralın 26-da məhkəmə önünə çıxarılacaq.

 

Məlumata görə, sözügedən iddialar İmamoğlunun bakalavr diplomunu paylaşmasından sonra başlayıb. Türkiyənin Yüksək Təhsil Komissiyası onun diplomunun ləğv edildiyini açıqlayıb. Lakin bu xəbər tezliklə Cümhuriyyət Xalq Partiyası (CHP) və İmamoğlunun vəkilləri tərəfindən təkzib olunub.

 

Qeyd edək ki, son bir ayda Ə.İmamoğluna qarşı 3 araşdırma başladılıb. Ümumilikdə merlə bağlı aparılan araşdırmaların sayı isə altıdır.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

İllik 1 mlrd. 500 mln. dollar maaş təklifindən imtina etdi.

admin

Deputata qarşı sui-qəsd cəhdi

redaktor

Fətullah Gülənin ölümü: Palata nömrəsi şoka saldı

redaktor