26 C
Bakı
21 Avqust 2026 21:31
CəmiyyətHadisə

Bakıda dəhşət: bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı

Bakıda 4 nəfərin meyiti tapılıb.

 

Tacxeber.com lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub.

 

Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.

Hadisə ilə bağlı polis, prokurorluq və kriminalistlərdən ibarət istintaq qrupu yaradılıb.

Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimallarını nəzərə alaraq, müvafiq ekspertizalar təyin edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Yəqin ki, ona Azərbaycan tarixinin ən xəyanətkar qadını desək, yanılmarıq

redaktor

Orxan Camalın qətli: Kremlə gedən izlər və Afrika tələsi

redaktor

Ruslan İzzətli və Əli Zeynalın içməli su tələbinə görə “kars”a salındıqları bildirilir

admin