Dünya

Məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək

Məcburi qaydada yerə enmək barədə xüsusi tələblərə riayət etməyən, bortunda pozuntu törədilməsində təqsiri olmayan sərnişinlərin olması barədə düzgün məlumat olmayan və ya özünümüdafiə tələb edilən halda hava gəmisinin məhvinə icazə veriləcək.

 

Bu, Nazirlər Kabinetinin “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

 

Belə halda əvvəlcə xəbərdarlıq atəşi açılacaq.

 

İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, mülki hava gəmilərinə qarşı məhv atəşi açmağa bu hava gəmilərinin sərnişinsiz və hərəkətsiz ələ keçirilməsi barədə aerodromda məlumat olduqda icazə verilib. Belə halda da əvvəlcə xəbərdarlıq atəşi açılmalı idi.

Tacxeber.com

Oxşar xəbərlər

Putinin “Rus Amerikası” adlandırdığı Alyaska – Sabahkı görüşdən nə gözləmək olar?

admin

Yaxın Şərq qaynayır – ABŞ bazası PUA ilə vuruldu.

admin

Həkimlər gülləkeçirməz jiletdə əməliyyat keçirdilər: Rusiyadan unikal görüntülər – VİDEO

redaktor