23 C
Bakı
24 İyun 2025 10:55
Hadisə

DTX-dan əməliyyat: MİDA-nın adından istifadə edən dəstə ələ keçdi

Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan Respublikasının vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçib.

 

Tacxeber.com xəbər verir ki, Kənan Şərifov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.

 

O, digərləri ilə birlikdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.

Tacxeber.com

Oxşar xəbərlər

İrandan Azərbaycana 83 kq narkotik keçirməyə çalışan dəstə üzvləri saxlanılıb

redaktor

Xırdalanda yaşayış binasının pilləkəni çökdü: Nazirlik araşdırmalara başladı

admin

15 milyon dollarlıq xanım

admin