Dünya

Yuliya Navalnaya: “Putinlə razılaşmaq mənasızdır, sizi aldadacaq”

Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında Rusiyanın mərhum müxalif lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya çıxış edib.

 

Tacxeber.comxəbər verir ki, o, həyat yoldaşının bir il əvvəl Rusiya həbsxanasında öldüyünü xatırladaraq, bu hadisədə Rusiya Prezidenti Vladimir Putini ittiham edib.

 

“Exo Kavkaza” nəşrinin məlumatına görə, Navalnaya çıxışında Putinin yalan danışdığını və qaydaları öz maraqlarına uyğun dəyişdiyini vurğulayıb:

 

“Əgər siz Putinlə danışıqlar aparmaq qərarı vermisinizsə, sadəcə xatırlayın ki, o aldadacaq, yalan danışacaq, qaydaları son anda dəyişəcək və öz oyununu oynamağa vadar edəcək”.

Tacxeber.com

Oxşar xəbərlər

Prezident və xanımının qatıldığı açılış mərasimindən maraqlı görüntülər – VİDEO

redaktor

Yanıq ağrılarını azaldan və xərçəngi müalicə edən sarğı ixtira olundu – VİDEO

redaktor

ABŞ Lavrova viza vermədi

admin