10 C
Bakı
30 Mart 2026 09:35
DünyaQalmaqal

Rusiya bayrağı Gürcüstanda qalmaqala SƏBƏB OLDU

Gürcüstanın Bakuriani dağ-xizək kurortunda hotelin balkonuna asılmış Rusiya bayrağı ilə bağlı qalmaqal yaranıb.

 

Bu barədə “Novosti-Georgia” məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Rusiya simvolları bir qrup vətəndaşın narazılığına səbəb olub. Onlar hotel işçisinə müraciət edərək bayrağın çıxarılmasını tələb ediblər, lakin rədd cavabı alıblar. Bundan sonra qrup yaxınlıqda olan ukraynalıların köməyi ilə bayrağı özləri çıxarıb.

 

Hadisənin videosu “Facebook”da istifadəçi Giga Tedoradze tərəfindən yayımlanıb və qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

Eyni zamanda, bayrağın asıldığı kottecin guya “Crystal Hotel & SPA”ya məxsus olduğu barədə məlumat yayılıb. Lakin şirkət bunu təkzib edib. Bildirilib ki, kottec Gürcüstan vətəndaşı olan fiziki şəxsə məxsusdur. O, bayrağı şəxsi təşəbbüsü ilə asıb və çoxsaylı müraciətlərə baxmayaraq, onu çıxarmaqdan qətiyyətlə imtina edir. (Moderator)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ölmüş ər-arvadı “evləndirdilər” – Zaqatalada saxtakarlıq – VİDEO

redaktor

Bu qədər qalstuklu adam nə iş görür?

redaktor

“Talıbovun müavinindən ağlasığmaz addım: məktəbin həyətində…” – Sensasion məlumat

redaktor