15 C
Bakı
24 Mart 2026 16:19
GündəmSiyasət

Zelenskidən QƏRBƏ XƏBƏRDARLIQ: “Ya dəstəyi artırın, ya da müharibəyə hazırlaşın” – VİDEO

Qərb Ukraynaya dəstəyi artırmalı, əks halda birbaşa hərbi münaqişə təhlükəsi ilə üzləşməlidir”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bu gün nə ABŞ, nə də Avropa Rusiya ilə eskalasiyadan ehtiyat edərək Ukraynanın NATO-ya daxil olmasını müzakirə etməyə hazır deyil.

 

Bununla bağlı Zelenski Ukrayna ordusunun 1,5 milyon nəfərə çatdırılmasının vacibliyini vurğulayıb.

 

Zelenskinin sözlərinə görə, Avropa Rusiyanın növbəti hədəfinə çevrilə biləcəyini anlayır və onlar qətiyyətlə hərəkət etməlidir. O vurğulayıb ki, Ukrayna hərbçiləri indi dünyaya danışıqlar aparmaq imkanı verir, lakin Qərb fəal hərəkət etməsə, özünü müharibəyə cəlb edə bilər.

 

“Biz ABŞ-la Putinə təzyiq göstərmək üçün konkret addımları çox tez müzakirə etməliyik. Əks halda, Qərb kostyumlarını hərbi forma ilə dəyişməli olacaq”, – deyə Zelenski bildirib.


Tacxeber.com

Oxşar xəbərlər

Sabiq gömrük şefləri Aydın Əliyev və Səfər Mehtiyevin Azərbaycandan çıxardığı milyonların izi ilə…

admin

Bir güllənin arxasındakı üç sual: səbəb, mühit, məsuliyyət

redaktor

Meyxana ustadları biznesmenin itinə meyxana dedilər – Qalmaqal yaşandı – VİDEO

redaktor