CəmiyyətHadisə

Vətəndaşın 17 min manat depoziti oğurlandı – Depoziti olanların DİQQƏTİNƏ!

Son günlər bank kartlarından pul çıxılması mövzusu aktualdır.

Bu dəfə isə vətəndaşın banka qoyulan depozit oğurlanıb. Bu barədə Natavan Həsənsoy özü bildirib:

 

“24 yanvar saat 16:33-də bir nömrədən mənə zəng gəldi. Özünü operator kimi təqdim edən şəxs nömrəmin 10 gün ərzində işləməyəcəyini və sistemdə yenilik aparılacağını bildirib.O, nömrənin güncəllənməsi üçün məni baş operatora yönləndirib və “WhatsApp” üzərindən zəng edərək bir neçə əməliyyat etməyimi istədi. Həmin əməliyyatları yerinə yetirdikdən sonra telefonunun ekranının qaraldığını və güncəllənməsi mesajı gəldiyini gördüm”.

 

Telefonu söndürməkdə çətinlik çəkən zərərçəkən proqramistə müraciət etdikdən sonra telefonu açılıb və hesabında olan 17051 AZN-lik depozitin oğurlandığını görüb.

 

Məsələ ilə bağlı zərərçəkən polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Vətəndaşlar nə üçün “şərikli internet”ə üz tuturlar? – “Tarif qaldırılıb, seçim imkanları…” – AÇIQLAMA

redaktor

Sumqayıtda olay: Narkotik çəkib məhkəməyə gəldi – VİDEO

admin

Baş həkimdən Paşayevanın durumu haqda açıqlama – Video

admin