26 C
Bakı
21 İyun 2025 18:48
Siyasət

Siyavuş Novruzovdan sərt açıqlama: “Sənin xalqın qarşısına çıxmağa cəsarətin çatmırsa, ərizəni yaz, get!” – CAVAB

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov İmişli hadisələri barədə açıqlamasına görə Razi Nurullayevin onun ünvanına səsləndirdiyi “sifarişlə danışırsınız, sözü kişi kimi deyin, başqalarının kölgəsində gizlənməyin” sözlərinə cavab verib.

S.Novruzov Pravda.az-a açıqlamasında bildirib ki, R.Nurullayev yalan danışır

 

“Gözünün içinə qədər yalan danışır. Mən Əfqanıstanda kəşfiyyatın rəisi işləmişəm. Buna görə də Razi Nurullayevlə də, Səyyad Aranla da söhbət etdim. İcra başçısı bunlarla söhbət edib, indi də dediklərini danırlar. Kişi dediyi sözü danmaz! Sən hamısını mənə demisən. Bundan başqa, mənim İmişlidə o qədər məlumat verən adamım var ki! 25 il Yeni Azərbaycan Partiyasının rəhbər strukturunda iştirak etmişəm. İndi xoşa gəlmək üçün deyir, nə deyir, qoy desin. Amma kişi dediyini danmaz, ortaya çıxar, məsələni ortaya qoyar, həll edər. Mən nə tələb etdim ki? Əgər sənin camaatın, xalqın qarşısına çıxmağa cəsarətin çatmırsa, ərizəni yaz, get! Vəssalam, başqa söz deməmişəm ki”, – deputat qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanın sonu budur, bizi fəlakət gözləyir – Hovhannisyan

redaktor

Trampın toxunulmazlıq hüququ rədd edildi

admin

Xankəndidə və İrəvanda mitinq tamaşasının hədəfi

redaktor