20 C
Bakı
10 Oktyabr 2026 01:18
Hadisə

Daha bir təyyarə qəzaya düşdü – Anbaan görüntülər

ABŞ-nin Alyaska ştatında F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, hadisə zamanı pilotun sağ olduğu və müalicə üçün hərbi hospitala aparıldığı bildirilib.

 

“Eielson” Hərbi Hava Qüvvələri bazasının nümayəndəsi qəzanın bazanın uçuş-enmə zolağında baş verdiyini açıqlayıb. Qəzaya uğrayan F-35-in ciddi ziyan gördüyü və hadisə ilə bağlı araşdırma başladıldığı qeyd olunub.

 

ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, pilotun vəziyyəti yaxşıdır və tibbi müayinədən keçirilməsi üçün hərbi hospitala yerləşdirilib.

 

Sosial şəbəkələrdə yayılan görüntülərdə F-35-in havada süzülərək sürətlə yerə çırpıldığı və partladığı əks olunub.


Tacxeber.com

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

İrkutskda nə baş verir? – Taun yayılır?

admin

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor