24 C
Bakı
11 Avqust 2025 22:34
Cəmiyyət

“Onun içərisində nə xarablıq var ki…” – Hacı Şahinin qardaşından SƏRT CAVAB

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib. İclasda yas mərasimindəki davranışlar müzakirə olunub. Komitənin üzvü deputat Tənzilə Rüstəmxanlı tənqidi yanaşma ilə çıxış edib. O çıxışında şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.

 

Modern.az məsələ ilə əlaqədar Hacı Şahinin qardaşı Hacı Elçinlə əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında Hacı Elçin deputatın iradına belə cavab verib:

 

“Deputat buna pis baxır, qoy pis baxsın. Bu, onun şəxsi yanaşmasıdır.  Belə şeylərdən uzağam. Qardaşımın ruhuna salavat çevirmələri mənim üçün xoşdur. Adi adam üçün də salavat çevirirlər. Rəhmətə gedənin ruhuna salavat çevirərlər. Onun içərisində nə xarablıq var ki, elə fikirləşir? Özü bilər”.

Tacxeber.com

Oxşar xəbərlər

Yeni tarifdən imtina edənlər 130 azn cərimələnir?

redaktor

Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi – Fotolar

redaktor

“Flora Kərimova məndən 30 min manat istəyir”

admin