12 C
Bakı
29 Mart 2026 00:06
Cəmiyyət

Mədəni oğurluq etməkdə məqsəd nədir? – “Tamstore”dan ŞİKAYƏT – VİDEO

 

Müğənni Sevinc Musayeva “Tamstore” mağazasından şikayət edib.

Tacxeber.com xəbər verir ki, sənətçi həyat yoldaşının alış-veriş zamanı kassada aldadıldığını bildirib. O qeyd edib ki, mağazada ondan almadığı məhsulun pulunu götürüblər:

 

“Həyat yoldaşım cəmi 4 məhsul alıb. Amma çekdə bahalı, almadığı məhsul da yazılıb. O da pulu ödədikdən sonra düşünüb ki, niyə bu qədər baha oldu? Qayıdıb soruşub və pulu qaytarıblar. Amma gün ərzində nə qədər belə hadisələr yaşanır. Tək “Tamstore”da yox, digər mağazalarda da edilir. Niyə insanların cibinə girirsiniz? Bu marketdən onsuz imkansız adamlar alış-veriş edir. Öz millətinizin cibinə girirsiniz. Mədəni oğurluq etməkdə məqsəd nədir? Məqsədi bilsəm, götürüb bu 6 manatı havayı verərəm. Səbəbi desəniz biz millət də bilərik ki, nə üçündür”.

Tacxeber.com

Oxşar xəbərlər

Rövnəq Abdullayev daha AFFA prezidenti olmayacaq – SON DƏQİQƏ XƏBƏRİ

admin

Xankəndidə erməni oliqarxların zavodu: Zirzəmidən görün nələr tapıldı – VİDEO

redaktor

Bakıda avtomobil sahibləri üçün BÖYÜK TƏHLÜKƏ – VİDEO

redaktor