DünyaHadisə

Parkda yatarkən saxlanılıb, sonra müharibəyə göndərildiyini deyir: azərbaycanlı əsir danışıb

Rusiya ordusunun tərkibində döyüşərkən Ukraynada əsir düşən Azərbaycan əsilli Gürcüstan vətəndaşı Elşad İsmayılov müharibəyə necə göndərildiyindən danışıb.

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, əvvəllər Tbilisidə yaşayan 38 yaşlı İsmayılov sonradan Rusiyaya köçüb.

Yayılan məlumata görə, o, iyunun 25-də Moskvada parkda yaşadığına görə polis tərəfindən saxlanılıb. Daha sonra Moskva hərbi komissarlığında Rusiya Müdafiə Nazirliyi ilə hərbi xidmət müqaviləsi imzalayıb və Ukraynaya göndərilib.

İsmayılovun sözlərinə görə, sentyabrın 28-də “Özbək” ləqəbli digər hərbçi ilə birlikdə hücum əməliyyatına göndərilib. O iddia edir ki, döyüş yoldaşı əməliyyatda iştirak etməmək üçün yolda özünü ayağından yaralayıb. Bundan sonra İsmayılova hərəkəti tək davam etdirmək əmri verilib.

Məlumatda bildirilir ki, o, oktyabrın 5-də Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb və hazırda bu ölkədə saxlanılır.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Kuşnerlər ailəsi

redaktor

Kuşnerlə əlaqələndirilən hesablara Azərbaycan üzərindən 1,75 milyard dollar köçürüldüyü iddia olunur

admin

Batumidəki hadisələrdən sonra boykot: Türkiyədən turlar ləğv olunur

admin