22.2 C
Bakı
10 İyun 2026 03:10
CəmiyyətHadisə

Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? – ÖZƏL

Milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olmuş Kamil Binnətov dünyasını dəyişib.

 

Kamil Binnətov avtomobil qəzasında aldığı xəsarətlərdən sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

 

Qəza Ağdaşda baş verib. Kamil Binnətov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı onun səhhətində ciddi problem olmadığı bildirilib. Kamil Binnətov da özünü yaxşı hiss etdiyini bildirib. Lakin onun daxili qanaxma keçirdiyi müəyyən edilməyib.

 

Kamil Binnətov yerləşdirildiyi xəstəxanada bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun nəşi Sabunçuda yaşadığı evinə gətirilib.

 

Bildirək ki, Kamil Binnətov uzun müddət Bakı Bulvar İdarəsində, “Park Bulvar Mall” ticarət mərkəzində mühafizə xidmətinin rəisi işləyib. O, həmçinin göyçalı milyarder Fərhad Əhmədovun da şəxsi mühafizəçisi olub. (Musavat)

 

Tacxeber.com

Oxşar xəbərlər

İstanbulda baş verən zəlzələdə 240-a yaxın şəxs xəsarət alıb

redaktor

“Parkinq qiymətlərinin yüksək olması ciddi soyğunçuluqdur” – Deputat

admin

DİN-dən Kliniki Tibbi Mərkəzdəki görüntülərlə bağlı AÇIQLAMA-VİDEO

admin