29 C
Bakı
13 Avqust 2025 11:11
CəmiyyətHadisə

Rafiq Əliyevin qaynı oğlu Rusiyada öldürüldü

Rusiyanın paytaxtı Moskva şəhərində əslən azərbaycanlı olan gənc qətlə yetirilib.

 

Tacxeber.com Teleqraf.com-a istinadla xəbər verir ki, paytaxt ərazisində yerləşən çoxmərtəbəli binada mənzillərdən birinə basqın olub. Mənzilə basqın edən naməlum şəxslər evdə tək olan 20 yaşlı azərbaycanlını binanın 13-cü mərtəbəsindən yerə atıblar. O, hadisə yerindəcə keçinib.

Məlumata görə, qətlə yetirilən şəxs “Azpetrol”un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur.

 

Mərhumun meyiti bir neçə gün əvvəl Azərbaycana gətirilib və Cəlilabad rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, M.Hüseynov uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb və hazırda təqaüddədir.

Rafiq Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur bloger Gömrük Komitəsindən şikayət etdi: “İşçilərinizin özbaşınalığı vətəndaşları boğaza yığıb!”

redaktor

Bu 𝗥𝘂𝘀𝗶𝘆𝗮𝗻ı𝗻 𝗯ö𝘆ü𝗸 𝘀𝘁𝗿𝗮𝘁𝗲𝗷𝗶 𝗺əğ𝗹𝘂𝗯𝗶𝘆𝘆ə𝘁𝗹ə𝗿𝗶𝗻ə ç𝗲𝘃𝗿𝗶𝗹ir

admin

“Beynimiz bizə davamlı olaraq həzz yaşamağımızı məsləhət görür” – Psixoloq

redaktor