24 C
Bakı
28 Sentyabr 2026 20:07
Dünya

İrəvanda Nikola qarşı aksiyalar yenidən başlayır

İrəvanda Nikola qarşı aksiyalar yenidən başlayır

Sentyabrın 15-i səhər saatlarından Ermənistan parlamentinin binası çoxlu sayda polis tərəfindən qorunur.

Tacxeber.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, polis qalxanlardan divar düzəldərək, Dəmirçyan küçəsinin girişini bağlayıb. Bu yolla deputatların binaya maneəsiz hərəkətini təmin edirlər.

Qeyd edilib ki, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə dünənki etiraz aksiyasının davam edəcəyi gözlənilir.

“Dünən yüzlərlə erməni vətəndaşı Baqramyan prospektini bağlayaraq, Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası keçirib. Onlar “Nikol satqındır” şüarları səsləndiriblər. Bu gün vətəndaşlar parlament binası yaxınlığında toplaşmağa başlayıblar”, – məlumatda qeyd olunub.

Tacxeber.az

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor