18 C
Bakı
01 Aprel 2026 17:16
Dünya

Rusiyalı jurnalistlər vuruldu – Həlak olan və yaralananlar var

Rusiya-Ukrayna müharibəsində daha bir jurnalist ölümü qeydə alınıb.

 

Tacxeber.com Rusiya mediasına istinadən bildirir ki, Ukrayna pilotsuz təyyarəsi Donetsk-Qorlovka magistralında rusiyalı jurnalistlərin olduğu avtomobilə hücum edib.

 

Nəticədə “İzvestiya”nın ştatdankənar müxbiri Aleksandr Martemyanov həlak olub. RİA Novosti müxbiri və daha dörd media əməkdaşı isə yaralanıb.

 

İddia olunur ki, Ukrayna qoşunları təmas xəttindən uzaqda yerləşən mülki avtomobilə qəsdən hücum edib. “Qorlovkada atışmanın nəticələrini lentə alandan sonra biz Donetskə qayıdırdıq, şossedə avtomobilimizi kamikadze pilotsuz uçan aparat vurdu”, – RİA Novosti-nin müxbiri Maksim Romanenko bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Meymunçiçəyinə yoluxma kəskin artdı: Karantin olacaq?

redaktor

Netanyahunu hədələyən Hizbullah rəsmisi öldürüldü – Video

redaktor

“Diplomsuz cərrahlar, lisenziyasız klinikalar… – cinayətkar mənəm?”

redaktor