Dünya

AZAL təyyarəsinin qəzasının “hərbiyə aid hissəsi” gizli saxlanılır- SENSASİON FAKTLAR

“VÇK-OGPU” kanalı Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı hərbiyə adi məsələlər üzərindəki araşdırmanın ciddi şəkildə sirr olaraq saxlanıldığını xəbər verib.

 

Məlumata görə, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrykinin və təcrübəli istintaqçılarının Çeçenistan Respublikasına gəlməsinə baxmayaraq, bütün istintaq hərəkətləri yerli 505-ci Hərbi Təhqiqat Şöbəsinin əməkdaşları tərəfindən aparılır.

 

Qəzanın baş verdiyi ərazidə təyyarənin vurulmasına səbəb olan “Pantsir” zenit-raket kompleksinin ekipajı ilə bağlı istintaqı isə şöbə müdiri aparıb. Araşdırmalar zamanı dünyada hələ də geniş istifadə edilən KGs-nin (təyyarənin enişə yaxınlaşması üçün radiomayak sistemidir. Bu, aviasiyada kokpit alətlərindən istifadə olunaraq təyyarənin enməsi üçün ən çox yayılmış radionaviqasiya sistemidir) Qroznı aeroportunun genişləndirilməsi zamanı sökülməsi məsələsi də müzakirə olunur.

 

Bundan əlavə, Qazaxıstanın Aktauda iş aparan istintaqçılar və digər təhqiqatçılarla bağlı yeni detallara da diqqət yetirilir.

 

Hazırda, qəzanın baş verdiyi şəraitlə bağlı  məlumat toplanır. (Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

DOMİNO EFFEKTİ: İranın dağılması Rusiyanın taleyini necə TƏYİN EDƏCƏK?

redaktor

Finlandiya Rusiya neftini daşıyan tankerin müsadirəsini tələb edir

admin

Putin: Kiyev danışıqları vaxtından əvvəl hesab edərsə, Rusiya gözləməyə hazırdır

redaktor